19:25 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331

Havaların isinməsi koronovirusa necə təsir edəcək – həkim məsləhəti

RADİO
Qısa URL
58 0 0

Professor, həkim Adil Qeybulla deyir ki, mövsümi soyuqdəymə xəstəliklərinin içərisində koronavirusun dörd növü mövcuddur

Havaların isinməsi koronovirusa necə təsir edəcək – həkim məsləhəti

Temperatur artdıqca COVID-19 aktivliyini azaldır.Amerikalı tədqiqatçılar yoluxma dərəcəsinin hava temperaturundan asılılığını araşdırıb və istilik artdıqca koronavirusun aktivliyinin azaldığını müəyyən ediblər.

Hava temperaturunun koronavirusun aktivliyinə təsirini Sputnik Azərbayca-a şərh edən professor, həkim Adil Qeybulla deyir ki, soyuq havalarda insanların yoluxucu xəstəliklərə daha tez tutulması hər kəsə bəllidir:

“Ümumi soyuqdəymə xətəliyi (common cold disease) nəticəsində yuxarı tənəffüs yollarında onlarla parazitlik edən mikroorqanizm fəallaşır. Bu orqanizmlərin fəallaşması nəticəsində qripəbənzər soyuqdəymə əlamətləri müşahidə olunur. Mövsümi soyuqdəymə xəstəliklərinin içərisində koronavirusun dörd növü mövcuddur. İsti dövrlərdə soyuqdəymə xəstəlikləri kimi koronavirusa yoluxma hallarının azalması da məntiqlidir. Biz bir neçə ay sonra koronavirusla vidalaşmaq şansına malikik”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular