Ekspert: “Məktəblərdə psixoloqların fəaliyyətinin önə çıxarılması vacibdir”

© Sputnik / Murad OrujovЭксперт по образованию Кямран Асадов
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, bu gün məktəblərdə tədris keyfiyyətli olsa da, şagirdlərlə fərdi qaydada işləyən psixoloqların iş keyfiyyəti aşağıdır
Kamran Əsədov: “Psixoloqları özlərinə aidiyyatı olmayan işlərlə məğul olurlar”

“Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir”. Bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.

Məktəblərdə psixoloq işinin qurulmasını Sputnik Azərbaycan-a şərh edən təhsil eksperti Kamran Əsədov məktəblərdə psixoloq vəzifəsinin önəmindən danışıb.

Ekspert bildirib ki, Təhsil Nazirinin qaldırdığı məsələdə söhbət məktəb psixoloqlarının şagirdlərlə işinin səmərəli qurulmasından gedir:

“Təəssüflər olsun ki, bu gün məktəblərdə tədris keyfiyyətli olsa da, şagirdlərlə fərdi qaydada işləyən psixoloqların iş keyfiyyəti aşağıdır. Məktəblərdə çalışan psixoloqlar bir çox hallarda özlərinə aidiyyatı olmayan işlərlə məğul olurlar. Orta ümum təhsil məktəblərində təhsil alan şagirdlər müəyyən psixoloji testlərə cəlb edilməli, onların vəziyyəti öyrənilməlidir. Bütün məlumatlar şagirdin şəxsi qeydiyyat kitabında göstərilməlidir. Xüsusən də pandemiyanın müşayiət etdiyi ötən bir ildə distant təhsil şagirdlər üzərində ağır təsir buraxdı. Biz şagirdlərdə depressiv əlamətlərin qaldığını müşahidə edə bilərik. Bu baxımdan cənab nazir  təhsil prosesində psixoloqların fəaliyyətinin önə çıxaırlmasını vacib hesab edir”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0