08:22 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328

Azərbaycan İranın problemini necə həll edə bilər – professor şərh edir

RADİO
Qısa URL
44 0 0

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir

Müslüm İbrahimov: “Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilər”

"İran Azərbaycanla müştərək sənaye şəhərciyinin Ərdəbil əyalətində yaradılmasına hazırdır". Bunu İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni Ərdəbil əyalətinin Parsabad sənaye şəhərciyinə baxış keçirdərkən deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və İran arasında iqtisadi sahədə maraq nöqtələri çoxdur:

“İki ölkə arasında iqtisadi əlaqələr getdikcə güclənir. Xüsusən də nəqliyyat sahəsindəki münasibətlər maraq doğurur. İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir. İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş, böyük bazarlara çıxara bilməməsidir. Bunu da indiki şəraitdə Azərbaycan vasitəsilə etmək olar. Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilər”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Teqlər:
iqtisadiyyat, problemlər, İran, Azərbaycan

Əsas mövzular