16:38 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562

Professor: “Vaksinasiya virusun bütün ştammlarını əhatə edir”

RADİO
Qısa URL
Yeni tip koronavirus pandemiyası (580)
92 0 0

Professor, həkim Adil Qeybulla deyir ki, aparılan araşdırmalardan son ÜST bununla bağlı açıqlama verəcək

Adil Qeybulla: “Virusun mutasiya prosesi çoxdan davam edir”

Dünyanın 20-dək ölkəsi, eləcə də azı 14 Avropa İttifaqı üzvü olan ölkə koronavirus infeksiyasının yeni mutasiyasının aşkar edilməsindən sonra Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandırmaq və ya məhdudlaşdırmaq qərarına gəlib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, virusun mutasiya prosesi çoxdan davam edir: “COVİD virusunun 285-dən çox ştammı mövcuddur. Bunlar hamısı bir-birinə çox yaxındır və vaksinasiya bu ştammların hamısını əhatə edir. Yeni ştamma vaksinasiyanın təsir etməsi və ya onun alovlanma yaratması ilə bağlı müzakirələr və araşdırmalar gedir. Aparılan araşdırmalardan son ÜST bununla bağlı açıqlama verəcək”.

Qeyd edək ki, yeni mutasiya Birləşmiş Krallıqda dekabrın ortalarında müəyyən edilib. Ölkənin Səhiyyə Nazirliyi yeni növ koronavirus mutasiyasının (SARS-CoV-2) əvvəlki formadan daha tez yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Mövzu:
Yeni tip koronavirus pandemiyası (580)
Teqlər:
mutasiya, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular