07:57 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695

Politoloq: “Aİ başa düşür ki, Türkiyə əvvəlki Türkiyə deyil”

RADİO
Qısa URL
4010

Politoloq Ramiyə Məmmədova deyir ki, Türkiyənin geopolitik güclənməsini görən ittifaq onunla münasibətləri möhkəmləndirməyi üstün tutur

Ramiyə Məmmədova: “Qaçqınlar məsələsi Avropanı Türkiyədən asılı hala gətirir”

Avropa İttifaqı (Aİ) Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır. Bunu Brüsseldə keçirilən Aİ ölkələrinin XİN rəhbərlərinin iclasının yekunları üzrə Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, uzun illərdir Avropa İttifaqı və Türkiyə arasında gərgin münasibətlər davam edir:

“Türkiyənin Aİ-yə qəbul edilməməsi üçün uzun illər problemlər yaratdılar. Xüsusən də Almaniya Türkiyənin Avropaya aid olmadığını bildirərək prosesə maneələr yaradırdı. Ancaq indi Aİ başa düşür ki, Türkiyə əvvəl olduğu kimi deyil. Türkiyənin geopolitik güclənməsini görən ittifaq onunla münasibətləri möhkəmləndirməyi üstün tutur. Digər tərəfdən münaqişə baş verən ölkələrdən gələn qaçqınlar Türkiyədə qalırlar. Bu da bir tərəfdən Avropanı Türkiyədən asılı hala gətirir”.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Teqlər:
siyasət, dialoq, Avropa ittifaqı, Türkiyə

Əsas mövzular