21:01 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652

Ekspert: “Hazırkı məqam təhsil alanları itirməmək üçün bunu diktə edir”

RADİO
Qısa URL
36 0 0

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyir ki, ənənəvi təhsili əvəz edə biləcək təhsil forması yoxdur

İlqar Orucov: “Təhsil verənlərin pulsuz internetlə təminatı çox vacibdir”

Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib. Qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, hazırkı tədris ili üçün distant və qarışıq təhsil formalarının tətbiq edilməsi ilə bağlı qərarı doğru hesab edir:

“Bu qərar müqəqqəti bir dövrü əhatə edir. Hazırkı dövrdə ənənəvi təhsili əvəz edə biləcək təhsil forması yoxdur. Distant təhsil modeli orta təhsil sistemində effektiv deyil. Bununla belə, hazırkı məqam təhsil alanları itirməmək üçün bunu diktə edir. Amma regionlarda internet təminatında problemlərin olması valideynlərdə narazılıq yaradır. Ona görə də təhsil alanlar üçün internet tariflərində güzəştlərin tətbiq edilməsi vacibdir. Eyni zamanda təhsil verənlərin pulsuz internetlə təminatı çox vacibdir”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular