Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor: “Bölgəmizin iqtisadi potensialı dil mənsubiyyəti ilə məhdudlaşmır”

© Sputnik / Murad OrujovЗаместитель директора Русской школы экономики UNEC Эльшад Мамедов
Заместитель директора Русской школы экономики UNEC Эльшад Мамедов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, dil mənsubiyyətinə görə iqtisadi və dövlətlərarası münasibətlərin formalaşması konstruktiv yanaşmanın göstərici ola bilməz
Elşad Məmmədov: “İqtisadi potensial inkişaf perspektivlərinə görə mövqeləşdirilməlidir”

“Üzv təşkilatlara təklif edirəm ki, öz ölkələrinin iqtisadi imkanları, potensialları barədə məlumatları ümumi platformada bölüşsünlər”. Bunu Türk Ticarət və Sənaye Palatasının (TCCI) 2-ci Baş Assambleyasının onlayn formatda keçirilən görüşündə Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, türk dilli ölkələrin iqtisadi əməkdaşlığı ilə bağlı böyük potensial mövcuddur:

“Amma mən bu potensialın təkcə dil mənsubiyyətinə görə deyil, eyni zamanda inkişaf perspektivlərinə görə mövqeləşdirilməsinin tərəfdarıyam. Çünki dil mənsubiyyətinə görə iqtisadi və dövlətlərarası münasibətlərin formalaşması konstruktiv yanaşmanın göstərici ola bilməz. Bu gün bölgənin iqtisadi potensialı eyni dildə danışan ölkələrlə məhdudlaşmır”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0