13:29 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Ekspert: “Azərbaycana qarşı sanksiya tələb edənlərin beyni işləmir”

RADİO
Qısa URL
43 0 0

Politoloq Fikrət Sadıxov deyir ki, bir sıra qərb ölkələrinin nümayəndələri XXI əsrdə yaşadığını unudur

Fikrət Sadıxov: “İslamafobiya həddə gəlib çatıb ki, normal yanaşma nümayiş etdirə bilmirlər”

Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Bu sözləri Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizeman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.

Bununla bağlı Sputnik Azərbaycan-a danışan politoloq Fikrət Sadıxov deyir ki, bir sıra qərb ölkələrinin nümayəndələri XXI əsrdə yaşadığını unudur:

“Artıq orta əsrlər deyil, xristian ölkələrin digər ölkələrə qarşı müharibələri qurtarıb. Düşünürəm ki, belə bir təklif verən adamın ya beyni işləmir, ya da bu məsələlərdən uzaqdır. Öz torpaqlarını işğaldan azad edən dövlətin başçısına qarşı sanksiya tətbiq edilməsini istəmək aqressiv yanaşmadır. Onların islamafobiyası o həddə gəlib çatıb ki, normal yanaşma nümayiş etdirə bilmirlər və bununla özlərini ifşa edirlər”.

Qeyd edək ki, sosial şəbəkələrdə Niderland parlamentinin Azərbaycanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiq edəcəyi ilə bağlı yayılan fikirlər geniş müzakirələrə səbəb olub.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular