10:44 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Ekspert Naxçıvana açılacaq dəhlizin iqitisadi səmərəliliyini açıqlayır

RADİO
Qısa URL
97 0 0

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, dəhliz Türkiyənin cənubi ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına şəait yaradacaq

Fuad İbrahimov: “İdxalın daha rahat həyata keçirilməsi mümkün olacaq”

“Bəyannamədə göstərilən müddəaya əsasən Azərbaycan və Naxçıvan arasında Ermənistana heç bir ödəniş edilmədən gediş-gəliş bərqərar olacaq”. Bunu Sputnik Azərbaycan-a noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir arasında imzalanmış bəyanatı şərh edərkən iqtisadçı ekspert Fuad İbrahimov deyib.

Ekspert bildirib ki, sovet dövründə də bu yollar mövcud idi və orada enerji daşıyıcıları üçün infrastrukturlar qurulmuşdu: “Ancaq sonradan bu infrastruktur dağıdıldı. İndi isə açılacaq dəhliz Türkiyə-Azərbaycan arasında birbaşa yolla idxalın daha rahat həyata keçirilməsinə imkan verəcək. Eyni zamanda bu idxal prosesində qiymət əmələgəlmə prosesinə də müsbət təsirini göstərəcək. Xüsusən də Türkiyənin cənubi ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına şərait yaradacaq”.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədə əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi fəaliyyətin Moskva vaxtı ilə 10 noyabr saat 00.20-dən etibarən tam dayandırılması elan olunub.

Əsas mövzular