12:17 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”

RADİO
Qısa URL
357 0 0

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, əvvəlki illərdə sentyabrda Bakıda kirayə tapmaq mümkün olmurdu

Elnur Azadov: “Pandemiya bazardakı vəziyyətə təsir edib”

“Təhsil ilinin başlaması kirayə mənzil bazarında aktivlik yarada bilməyib”. Bunu Sputnik Azərbaycan-a kirayə mənzil bazarı haqqında danışarkən Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, əvvəlki illərdə avqustun sonundan etibarən böyük bir tələbə axının gəlməsi nəticəsində sentyabrda Bakıda kirayə tapmaq mümkün olmurdu:

“İndi isə pandemiya ilə əlaqədar olaraq təhsil müəssisələri distant təhsil modelini tətbiq edirlər. Bu da bölgələrdən gözlənilən tələbə axınının qarşısını alıb və bazardakı vəziyyətə təsir edib”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar ali təhsil müəssisələrində dərslər sentyabrın 15-dən onlayn formada keçirilir. Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular