12:54 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Professor: “Koronavirus uşaqlar arasında simptomsuz formada müşahidə edilir”

RADİO
Qısa URL
106 0 0

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, bir müddətdir uşaqların vaksinasiya olunma prosesi pozulub

Adil Qeybulla: “Vaksinasiya ilə bağlı Operativ Qərargahın konkret təlimatları olmalıdır”

Azərbaycanda bu il uşaqlar arasında peyvəndlə əhatələnmə bir qədər aşağı düşüb. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, mövsümi xəstəliklərdən təkcə qripə qarşı vaksin var: “Bir də Ümumdünya Səhiyyə təşkilatının proqramı çərçivəsində bir sıra xəstəliklərə qarşı vaksinasiya mövcuddur. Bunların bəziləri vaksinasiya, bəziləri isə passiv immunizasiyadır. Amma bunların koronavirusa aidiyyatı yoxdur. Payız aylarında koronavirusla yanaşı, mövsümi xəstəliklərin də olmasını nəzərə alaraq diqqətli olmaq lazımdır. Operativ Qərargahın bununla bağlı konkret təlimatları olmalıdır. Bu prosesin ilk növbədə uşaqlar arasında aparılması zəruridir. Çünki koronavirus uşaqlar arasında simptomsuz formada müşahidə edilir. Təəssüf ki, bir müddətdir uşaqların vaksinasiya olunma prosesi pozulub, qrafikə uyğun olaraq yerinə yetirilməyib”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əlaqədar

Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar
Alman virusoloq: “Həyatın dayanmasına imkan vermək olmaz”
Qubernatorla alimin davası - PZR testini yanıltmaq mümkündür?
Koronavirusu ilk araşdıran alimlərdən bədbin şərh: "Çox vaxtımız yoxdur, gecikmişik"
Bu ölkədə ilk dəfə olaraq koronavirusdan ölüm halı qeydə alınmayıb
Teqlər:
təlimat, Operativ Qərargah, vaksinasiya, qrip, mövsümi xəstəliklər, vaksin, Koronavirus, epidemiya, COVID-19, virus

Əsas mövzular