13:50 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: “Beynəlxalq vəziyyət media sahəsində əməkdaşlığı zəruri edir”

RADİO
Qısa URL
93 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, iki ölkənin media sahəsindəki əməkdaşlığı beynəlxalq imicin formalaşmasına müsbət təsir edəcək

İlqar Vəlizadə: “Azərbaycan-Türkiyə əməkdaşlığı xüsusi önəm daşıyır”

“Azərbaycan-Türkiyə arasında media sahəsində olan əlaqələri təkmilləşdirmək, onu yeni dövrün tələblərinə uyğunlaşdırmaq lazımdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, hazırkı vəziyyət media nümayəndələrinin qarşısında yeni vəzifələr qoyur: “Bu baxımdan əməkdaşlıq xüsusi önəm daşıyır. Dünyanın və regionun vəziyyəti dəyişdikcə ona obyektiv yanaşmalara, analizlərə daha çox ehtiyac yaranır. Ona görə də bu işdə jurnalistlərin və medianın rolu danılmazdır. Digər tərəfdən iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələr üzrə davamlı inkişaf edir. Bu əməkdaşlığa ikitərəfli münasibətlər prizmasından deyil, beynəlxalq münasibətlər aspektindən yanaşmaq lazımdır. Qeyd edim ki, bu əməkdaşlıq həm Azərbaycanın, həm də Türkiyənin beynəlxalq imicinin formalaşmasına müsbət təsir edəcək”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər edib. Səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular