06:44 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Professor: “Dolların dəyər itirməsi müvəqqəti prosesdir”

RADİO
Qısa URL
79 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, hər hansı ölkənin iqtisadiyyatı tərəddüdlərlə qarşılaşanda milli valyuta stabilliyini itirməyə başlayır

Elnur Sadıqov: “ABŞ valyutası bundan sonra da stabilliyini qorumağı bacaracaq”

Dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir. Avro da ABŞ dollarına nisbətən möhkəmlənməkdədir. Avropanın vahid valyutası dollar ilə müqayisədə son 2 ildə ən yüksək kurs ilə dəyişdirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, ABŞ dollarının dəyər itirməsi onun dünya valyuta sistemindən çıxması anlamına gəlməməlidir:

“Tarix göstərir ki, hər hansı ölkənin iqtisadiyyatı tərəddüdlərlə qarşılaşanda milli valyuta stabilliyini itirməyə başlayır. ABŞ dollarının avro qarşısında zəifləməsi də müvəqqəti prosesdir. Dolların dəyər itirməsi ABŞ iqtisadiyyatındakı müəyyən gərginliklərlə, o cümlədən pandemiya ilə əlaqədar iqtisadi əlaqələrin zəifləməsi ilə bağlıdır. ABŞ valyutası bundan sonra da stabilliyini qorumağı bacaracaq”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular