CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacı Şahin Həsənli: “Məhərrəm ayı karantin qaydalarına uyğun şəkildə qeyd olunmalıdır”

© Photo : Facebook / Hacı Şahin HəsənliHacı Şahin Həsənli
Hacı Şahin Həsənli - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyir ki, Ramazan ayında olduğu kimi Məhərrəm ayında da karantin qaydalarına əməl etməliyik
Hacı Şahin Həsənli: “Məscidlərdə kütləvi mərasimlər keçirilməməlidir”

Koronavirus pandemiyası dövründə dini mərasimləri hər bir insan öz evində, öz ailəsi çevrəsində keçirsə, daha məqsədəuyğundur. Məhərrəmlik mərasimlərinin keçirilməsində də karantin qaydalarına əməl etməliyik. Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

“Bu gün bütün dünya karantin rejimi qaydaları ilə yaşamağa məcburdur, əks halda virus insan tələfatına səbəb ola, həmçinin insanların sağlamlığına ağır zərbə vura bilər. Bu səbəbdən hətta bu il müsəlmanlar üçün vacib əməllərdən sayılan Həcc ziyarəti də baş tutmadı. Bu baxımdan biz Ramazan ayında olduğu kimi Məhərrəm ayında da karantin qaydalarına əməl etməliyik. Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı fətvasında da bildirilir ki, bu il Məhərrəm ayı karantin qaydalarına uyğun şəkildə qeyd olunmalıdır, məscidlərdə kütləvi mərasimlər keçirilməməlidir. İnsanlar mərasimləri öz evlərində ailəsi ilə birgə keçirməlidirlər. Bu, həm karantin qaydalarına uyğundur, həm də dinimizdə bunu qadağan edən hər hansı bir hökm yoxdur. Bununla bağlı biz insanlara dəfələrlə müraciət etmişik və yenə də müraciət edirik ki, virusun yayılmasının qarşısının alınması üçün bütün bu tələblərə riayət etməlidirlər və bu tələblərin də heç biri bizim dinimizlə ziddiyət təşkil etmir”, – deyə ilahiyyatçı bildirib.

Hacı Şahin Həsənlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0