CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Professor: “COVID-19 fonunda siqaretin zərərləri görülür”

© Photo : Facebook / Adil QeybullaAdil Qeybulla, həkim
Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Abunə olmaq
Professor, həkim Adil Qeybulla deyir ki, siqaretçəkmə nəticəsində ağciyərləri zəifləyən və koronavirusa yoluxan şəxslər arasında ölüm halları daha çox olub
Adil Qeybulla: “Siqaret çəkən hər 20 nəfərdən birinin ağ ciyərində fəsad olur”

“Siqaretin tərkibindəki karbohidratlar birbaşa insan orqanizminə çox mənfi təsir edir. Gün ərzində nə qədər çox siqaret çəkilirsə, ağciyər də bir o qədər zədələnir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında professor, həkim Adil Qeybulla deyib.

“Bundan başqa, yanaşı xəstəliklərin olması, fiziki aktivliyin olmaması da siqaretin neqativ təsirlərini artırır. Artıq birmənalı şəkildə sübut edilib ki, siqaret çəkən hər 20 nəfərdən birinin ağ ciyərində fəsad olur. Siqaret ağciyər xərçəngi yaradır. Bu səbəbdən də xəstənin onkoloji anamnizi toplananda, siqaret çəkib-çəkmədiyi də qeyd olunur. Artıq COVID-19 fonunda da siqaretin zərərləri görülür. Belə şəxslərdə daha çox boğulma müşahidə edilir. Siqaretçəkmə nəticəsində ağciyərləri zəifləyən və koronavirusa yoluxan şəxslər arasında ölüm halları daha çox olub”, - deyə Qeybulla bildirib.

Dünyanın müxtəlif ölkələrində COVİD-19-la mübarizəyə paralel olaraq siqaretə tələbat kəskin aşağı düşüb. Belə ki, təkcə İngiltərədə 1 milyon nəfər siqaretdən imtina edib. Araşdırmanın nəticəsinə əsasən, son 4 ayda siqaretdən imtina edənlərin 41 faizi məhz yayılan pandemiyaya görə bu addımı atıb.

Adil Qeybullanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0