01:39 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Professor: "Vahid valyutaya söykənən dünya iqtisadi sisteminin gələcəyi yoxdur"

RADİO
Qısa URL
112 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, yeni texnoloji, təsərrüfat quruluşu formalaşmalıdır və bu proses artıq başlayıb

Elşad Məmmədov: “Dünya iqtisadiyyatındakı sistem artıq effektivliyini itirib”

“Bu gün dünya iqtisadiyyatında formalaşmış vəziyyət təkcə koronavirus pandemiyası ilə əlaqəli deyil”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, ötən əsrin ortalarından dünya iqtisadiyyatında formalaşmış sistem artıq effektivliyini itirib: “Belə olan halda yeni texnoloji, təsərrüfat quruluşu formalaşmalıdır və bu proses artıq başlayıb. Bu yeniliyə köhnə və maliyyə oliqarxiyasına söykənən sistemlər tərəfindən müqavimət göstərilir. Nəticədə, bir sıra istiqamətlərdə faktiki olaraq müharibə prosesi gedir. Artıq vahid valyutaya söykənən dünya iqtisadi sisteminin gələcəyi yoxdur”.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard Avropa İttifaqı (Aİ) iqtisadiyyatının kəskin tənəzzülə uğramaqda olduğunu bildirib. Kristin Laqard deyib ki, bu ilin II rübündə Aİ regionunda ÜDM istehsalı illik ifadədə 13%-dən çox azala bilər.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular