CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Almaniyalı professoru “Beşbarmaq dağı”na gətirən nə idi?

© Photo : REPORTProfessor Anar İsgəndərov
Professor Anar İsgəndərov - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili, tarix elmləri doktoru, professor Anar İskəndərov deyir ki, bu Sərəncamla Azərbaycan xalqının müqəddəs yerinə dövlət səviyyəsində möhür vuruldu
Anar İskəndərov: “Sərəncam xalqın maraqlarını olduqca təmin edir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncam Beşbarmaq dağının Azərbaycan tarixi və mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə imzalanıb.

Millət vəkili, tarix elmləri doktoru, professor Anar İskəndərov Sputnik Azərbaycan-a deyir ki, Prezidentin bu Sərəncamı Azərbaycan tarixinin ən diqqətdə olan abidəsinə həsr olunub:

“Bu Sərəncam xalqın maraqlarını olduqca təmin edir. Mən iki il öncə bu yeri ziyarət edərkən görüşdüyüm alman professorun abidəyə olan marağından anladım ki, onların bu abidə ilə bağlı kifayət qədər məlumatı var. Bu Sərəncamla Azərbaycan xalqının müqəddəs yerinə dövlət səviyyəsində möhür vuruldu və düşünürəm ki, bu, təqdir olunmalıdır. Bu baxımdan inanıram ki, tarixçilər də bu yerlə bağlı müvafiq tədqiqat işlərini aparacaqlar”.

Anar İskəndərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0