02:16 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Koronavirus “ASAN” mərkəzlərin fəaliyyətinə hansı dəyişikliklər gətirdi

RADİO
Qısa URL
181 0 0

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyir ki, “ASAN xidmət”də dövlət və özəl sektor tərəfindən təqdim edilən 320-yə qədər xidmət bərpa olunub

Elnur Niftəliyev: “Sosial izoliyasiya qaydalarına riayət olunması aktuallığını qoruyur”

““ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin zamanı xüsusi rejimdə fəaliyyətini davam etdirdi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Elnur Niftəliyev bildirib ki, bu dövr ərzində 108 Çağrı Mərkəzi vasitəsilə ən zəruri hallarda vətəndaşların müraciətləri qəbul edildi: “Aprelin 27-dən etibarən karantin rejimində tətbiq edilən yumşalmalara görə “ASAN xidmət”də dövlət və özəl sektor tərəfindən təqdim edilən 320-yə qədər xidmət bərpa olunub. Xidmətlərdən istifadə edə bilmək üçün başlıca şərt onlayn növbə rejiminin tətbiq edilməsidir. Vətəndaşlardan tələb odur ki, onlayn növbə götürdükdən sonra mərkəzlərə müraciət edə bilərlər. Qeyd edək ki, bütün xidmət mərkəzlərimizdə mütəmadi dezinfeksiya işləri görülür və sosial izolyasiya qaydalarına riayət olunması aktuallığını qoruyur”.

Elnur Niftəliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular