21:59 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Karantin qaydalarına əməl etməmə hansı psixoloji məqamları üzə çıxardır – ekspert şərhi

RADİO
Qısa URL
88 0 0

Psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a deyir ki, karantin tətbiq olunduqdan sonra əks reaksiya yarandı

Azad İsazadə: “İnsanlar rəqəmləri eşitmək istəmir”

“Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər”. Bunu Prezident İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında çıxışı zamanı bildirib.

Psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a deyir ki, zənnimcə, problem insanların illərdir rəsmi məlumatlara inamsızlığından qaynaqlanır: “İnsanlar rəsmi məlumatları tam başa düşə bilmirlər. Məsələn, karantin rejimi elan edilənə qədər xəstələrin sayının az olmasına inanmırdılar və iddia edirdilər ki, gerçək rəqəmlər gizlədilir. Karantin tətbiq olunduqdan sonra isə əks reaksiya yarandı. Bəzi insanlar virusun mövcudluğuna belə inanmırlar. Bu vəziyyətin qarşısını almaq quru informasiya - sadəcə rəqəmlərin təqdim edilməsi ilə deyil, konkret informasiya verməklə mümkündür. İnsanlar rəqəmləri eşitmək istəmirlər. Bu psixoloji amildir. Vəziyyət isə doğrudan da ciddidir”.

Azad İsazadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular