00:56 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Hüquqşünas məhkəmə islahatları barədə: ən yüksək pillədə davam etdiriləcək

RADİO
Qısa URL
160 0 0

Hüquqşünas Əkrəm Həsənov deyir ki, islahatların digər məhkəmə instansiyalarında da aparılması labüddür

Əkrəm Həsənov: “Ölkədə islahatlar aşağıdan yuxarıya doğru aparılır”

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin olunub.

Hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyir ki, görülən işlərin dəyişikliklərin başlanğıcı olmasına ümid edir:

“Son təyinatlar da onu göstərir ki, yeni şəxslər kifayət qədər yüksək biliyə və dürüstlüyə malikdirlər. İslahatların digər məhkəmə instansiyalarında da aparılması labüddür. Düşünürəm ki, ölkədə islahatlar aşağıdan yuxarıya doğru aparılır və məhkəmə sistemində də bu islahatlar ən yüksək pillədə davam etdiriləcək”.

Əkrəm Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular