Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İqtisadçı: "ƏDV-nin qaytarılmasını dövlətin növbəti maliyyə yardımı saymaq olar"

© Photo : UNECUNEC-in professoru Elnur Sadıqov
UNEC-in professoru Elnur Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bu, dövriyyədə olan artıq pul kütləsinin yenidən dövlətə qayıtması deməkdir
Elnur Sadıqov: “Dünya ölkələrində də belə bir təcrübə var”

Artıq ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkündür. Qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, ƏDV ilə bağlı görülən tədbirlərdə bir sıra önəmli məqamlar var:

“Bu bir tərəfdən dövriyyədə olan artıq pul kütləsinin yenidən dövlətə qayıtması deməkdir. Digər tərəfdən, həmin vəsaitlərin yığılması o qədər də əhəmiyyətli hesab edilmir. Bu, vətəndaşlara həmin pullardan istifadəyə imkan yaradır və nəticə etibarı ilə bu, dövlətin vətəndaşlara növbəti maliyyə yardımı kimi qiymətləndirilə bilər. Dünya ölkələrində də belə bir təcrübə var, ancaq bu addımlar daimi xarakter daşımır”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0