15:57 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Koronavirusun iqtisadi təsirlərini necə azaltmaq olar – professor danışır

RADİO
Qısa URL
118 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, əhaliyə sosial güzəştlərin və ödənişlərin edilməsi başlıca istiqamətlərdən olmalıdır

Elşad Məmmədov: “Valyuta bazarı dövlət tərəfindən ciddi şəkildə idarə edilməlidir”

“Koronavirusun Azərbaycan iqtisadiyyatına təsirlərini azaltmaq üçün sistemli tədbirlərin reallaşdırılması vacibdir”. Bunu Sputnik Azərbayan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, kreditlərlə bağlı güzəştlərin verilməsi, həmçinin pul kütləsinin artırılması ilə investisiyaların iqtisadiyyatın real sektoruna yönəldilməsi təmin edilə bilər: “Eyni zamanda əhaliyə sosial güzəştlərin və ödənişlərin edilməsi başlıca istiqamətlərdən olmalıdır. O cümlədən, valyuta bazarı dövlət tərəfindən ciddi şəkildə idarə edilməlidir. Bu tədbirlər təxirəsalınmaz və ilk sırada həyata keçirilməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini müəyyən etmək məqsədi ilə özəl sektordakı sahibkarların ən böyük platforması kimi sahibkarlarla birgə məsləhətləşmələr əsasında hazırlanmış təkliflər paketini aidiyyəti İşçi Qruplarına təqdim edib.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əlaqədar

Neftsiz də bacarırmışıq
Bir bu çatmırdı: Məşhur bank pandemiyadan sonra üçün daha sərt tədbir irəli sürdü
Xüsusi karantin dövründə iş rejimi yeni qayda ilə tənzimlənəcək
Kreditlərlə bağlı bu güzəştlər ola bilər
Neftin qiymətlərində dəyişiklik var

Əsas mövzular