CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: “Bəzi vətəndaşlar vəziyyətin ciddiliyini anlamırlar”

© Sputnik / Murad Orujov"Trend" İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev
Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin deputatı Arzu Nağıyev deyir ki, dövlət bu virusla mübarizə aparmaq üçün nəyə qadirdirsə edir
Arzu Nağıyev: “Vətəndaşlarımız karantin rejiminin tələblərinə riayət etməlidir”

“Koronavirusla bağlı dövlət tərəfindən məhdudiyyətlərin qoyulması xüsusi əhəmiyyət daşıyır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, məhdudiyyətlər olmasa, insanların bir-biri ilə təması nəticəsində virusun yayılma ehtimalı böyükdür: “Bu məhdudiyyətlərin qanun çərçivəsində tətbiq edilməsi insanlara təsir edir. Dövlət bu virusla mübarizə aparmaq üçün nəyə qadirdirsə edir. Lakin bəzi vətəndaşlar vəziyyətin ciddiliyini anlamır və bunun fəsadlarının nəyə gətirib çıxaracağının fərqində deyillər. Məhz buna görə də bütün  vətəndaşlarımız karantin rejiminin tələblərinə riayət etməlidirlər. Bu, dövlət və milli təhlükəsizlik məsələsidir”.

Qeyd edək ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Millət vəkili Arzu Nağıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0