SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputat Gürcüstandakı azərbaycanlıların ana dilində təhsil problemlərindən danışır

© Photo : AZƏRTACМахир Дарзиев
Махир Дарзиев - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev deyir ki, Gürcüstandakı azərbaycanlıların ana dilində təhsil alması deklarativ hüquqa çevrilə bilər
Mahir Dərziyev: “Gənc kadrlar məktəblərin müəllim ehtiyacını tam təmin etmir”

“Erkən evliliklər azərbaycanlı uşaqların təhsildən kənar qalmasına səbəb olur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev deyib.

Deputat bildirib ki, əhalinin bir qismi heyvandarlıqla məşğul olduğundan uşaqların bir qismi məktəbə getmək imkanlarından məhrum olurlar: “Gürcüstanda yayılmış radikal dini təriqətlərin təsiri altında olan ailələr uşaqlarının məktəbə getməsinə maneə yaradırlar. Bu da yüzlərlə uşağın təhsildən kənarda qalması deməkdir. Bu kütləvi deyil, ancaq belə hallar mövcuddur. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərində çalışan müəllimlərin böyük əksəriyyəti pensiya yaşına az qalmış və ya pensiyaçı müəllimlərdir. İndi yeni gənc kadrlar gəlsə də, bu məktəblərin müəllim ehtiyacını tam təmin etmir. Gürcüstan konstitusiyasında ana dilində təhsil almaq hüququ təsbit edilib. Ancaq bu bir azdan deklarativ hüquqa çevrilə bilər. Bizim məktəblərdə Azərbaycan dili və ədəbiyyatını tədris edəcək müəllimlər Gürcüstanın ali məktəblərində hazırlanmır”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Gürcüstanla bağlı insan haqları üzrə illik hesabatında azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli və Kaxeti bölgələrinin kəndlərində yaşayan bəzi ailələrin il ərzində altı-doqquz ay müddətinə uzaq otlaqlarda çalışdıqlarından uşaqların nadir hallarda məktəbə getməsi qeyd olunub.

Mahir Dərziyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0