Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mövsümov: "Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına təsir göstərməyəcək"

© Sputnik / Murad OrujovPrezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və İnnovativ İnkişaf Siyasəti Şöbəsinin müdiri Şahmar Mövsümov
Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və İnnovativ İnkişaf Siyasəti Şöbəsinin müdiri Şahmar Mövsümov  - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin köməkçisi Şahmar Mövsümov deyir ki, düşünülmüş şəkildə aparılan strategiya nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı 2014-2015-ci illərdəki kimi deyil
Şahmar Mövsümov: “Böhrana qarşı müəyyən tədbirlər görülməlidir”

“Son günlər dünya bazarında neftin qiymətinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək”. Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri AzTV-yə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və İnnovativ İnkişaf Siyasəti Şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycan hökuməti cənab Prezident İlham Əliyevin birbaşa tapşırıqları ilə uzun müddətdir ki, iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində iş görürdü:

“Davamlı, düşünülmüş şəkildə aparılan strategiya nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı 2014-2015-ci illərdəki kimi deyil. Biz ajiotaj yaşadıq, amma ən qısa müddətdə bu ajiotaj aradan qalxdı. Azərbaycanın ehtiyatları kifayət qədərdir ki, istənilən böhrana davamlılıq nümayiş etdirə bilsin, fəsadların qarşısını tezliklə alsın. Bütün hallarda, təbii ki, böhrana qarşı müəyyən tədbirlər də görülməlidir. Bu gün büdcəmizdə dövlətin sosial öhdəliklərini tam yerinə yetirə bilməsi üçün yetərli qədər vəsait var. İkinci məsələ odur ki, fiskal və monetar manevrə imkan yaradan ehtiyatlarımız yetərlidir. Növbəti illərdə, əlbəttə ki, qiymətin aşağı səviyyədə qalması Azərbaycan üçün çağırışdır və biz bunun üzərində düşünəcəyik, addımlarımızı müəyyənləşdirəcəyik”.

Şahmar Mövsümovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0