Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin hazırkı qiyməti dünya iqtisadiyyatına nə vəd edir – ekspert şərhi

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, qiymətlərin belə sürətlə azalması dünya iqtisadiyyatı üçün gözlənilməz oldu
Müslüm İbrahimov: “Neftin qiymətinə siyasi amillər təsir edir”

“Səudiyyə Ərəbistanının neft hasilatını artırmaq barədə planlarını elan etməsi ən yaxşı variant deyil”. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

İqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, neftin qiymətinin ucuzlaşması investisiya planlarını dəyişdirdi: “Hazırkı vəziyyətin qısa müddətli olacağı gözlənilir. Neftin qiymətinə əsasən siyasi amillər təsir etdiyi üçün proqnoz vermək çətindir. Qiymətlərin belə sürətlə azalması dünya iqtisadiyyatı üçün gözlənilməz oldu. Qiymətlərin azalması qərb dövlətlərinin iqtisadiyyatlarında ardıcıl struktur dəyişiklikləri planladıqları bir vaxtda baş verdi”.

Qeyd edək ki, OPEC+ formatı çərçivəsində hazırkı razılaşma gündəlik hasilatın 1,7 mln. barel azalmasını nəzərdə tutur və bu sazişin müddəti bu ayın sonunda bitir. Lakin martın 6-da Vyanada keçirilən görüşdə sazişin gələcəyi ilə bağlı razılığa gəlinməyib. Görüşdən öncə, neft hasilatının gündəlik daha 1,5 mln. barel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təklif edilib. OPEC+ çərçivəsində razılığın əldə olunmamasından sonra dünya bazarında neftin qiyməti kəskin azalmağa başlayıb.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0