23:41 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Tahir Mirkişili: “Neft bazarının dəyişkənliyinə öyrəşmək lazımdır”

RADİO
Qısa URL
145 0 0

Milli Məclisin deputatı Tahir Mirkişili deyir ki, ssenarilərin heç biri Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yaradabiləcək səviyyədə deyil

Tahir Mirkişili: “Neft bazarının dəyişkənliyinə öyrəşmək lazımdır”

Neft qiymətinin kəskin düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Millət vəkili bildirib ki, neftin qiymətinin dəyişməsini Azərbaycan iqtisadiyyatına təsirindən danışarkən 3 ssenarini nəzərə almaq lazımdır:

“Bu ssenarilərin heç biri Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yaradabiləcək səviyyədə deyil. Tədiyə balansının 5.1 milyard dollarlıq müsbət saldosu, ixracın idxalı 8 milyard dollar üstələməsi neft qiymətlərinin belə kəskin düşməsinin ölkə iqtisadiyyatına təsirini minimallaşdırır. Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları toplandığından belə təsirlərin Azərbaycan manatını yenidən devalvasiyaya uğradacağı ehtimalları minimaldır, demək olar ki, yoxdur. Əhalini ən çox düşündürən bu suala cavab olaraq demək istərdim ki, təlaşa ehtiyac yoxdur, neft bazarının bu cür dəyişkənliyinə öyrəşmək lazımdır”.

Xatırladaq ki, bir qədər əvvəl “Wall Street Journal” nəşri Səudiyyə Ərəbistanının Rusiyanın dünya neft bazarındakı mövqeyini sarsıtmaq üçün qiymətləri aşağı salmaq istədiyini yazıb.

Tahir Mirkişilinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular