Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Koronavirusun Azərbaycan turizminə təsirini necə azaltmaq olar – ekspert şərh edir

© © Şəkil Samir Dübəndi tərəfindən təqdim edilibAzərbaycan Hotellər və Restoranlar Assosasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi
Azərbaycan Hotellər və Restoranlar Assosasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi - Sputnik Azərbaycan
Abunə olmaq
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, xəstəliyin geniş yayılması bu planların reallaşmasını sual altında qoyur
Samir Dübəndi: “Turizm fövqəladə hadisələrə tez reaksiya verir”

“Çində yayılmış koronavirus dünyada daxili turizmin inkişafına müsbət təsir edə bilər. Çünki bu virusa görə dünyada insanlar ölkələrindən çıxmağa çəkinirlər”. Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, koronavirusun yayılmasının turizmə mənfi təsirləri var:

“Turizm həssas bir sahədir və baş verən hər hansı siyasi, iqtisadi və ya belə fövqəladə hadisələrə tez reaksiya verir. Keçən il Çin ilə bağlanmış müqaviləyə əsasən, ölkəmizə iki yüz min turistin gəlməsi planlaşdırılmışdı. Xəstəliyin genişlənməsi bu planın reallaşmasını sual altında qoyur. Hazırda bron edilmiş yerlərdən imtina edilir. Azərbaycanın daxilində geniş turizm imkanları var. Virusun miqyasının genişlənməsinə görə Azərbaycan turistləri daha çox daxili turizm imkanlarından istifadə edəcəklər”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0