Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qadın sahibkarlar üçün AFAQ layihəsinin əhəmiyyəti açıqlandı

© Photo : AZƏRTAC"Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova
Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova  - Sputnik Azərbaycan
Abunə olmaq
“Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinin sədri Leyla Məmmədova deyir ki, əsas üstünlük rayon yerlərində yaşayan və fəaliyyət göstərən qadınlara veriləcək
Leyla Məmmədova: “Ölkədə məşğul qadınların 70%-i kənd yerlərində yaşayır”

“Azərbaycanda aqrar sektor iqtisadiyyatın prioritet sahələrindəndir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Aqrar Tədarük və Təchizat"ın İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

“Çünki əhalinin 40%-i kənd təsərrüfatında çalışır. AFAQ layihəsi xanımlar vasitəsilə ailə büdcəsinin artırılmasına, ailənin sosial təminatının yaxşılaşdırılmasına xidmət edir. Bu layihəyə müraciət edən qadınların sayı çoxdur. Biz əsas üstünlüyü rayon yerlərində yaşayan və fəaliyyət göstərən qadınlara verəcəyik. Biz onlara istehsal prosesi ilə yanaşı satış mərhələsində də dəstək göstərəcəyik. Ölkədə məşğul qadınların 70%-i kənd yerlərində yaşayır. 2021-ci ilin sonuna qədər 200-ə yaxın azərbaycanlı xanım kənd təsərrüfatı sektorunda aqrar sahibkar kimi fəaliyyətini davam etdirməsi üçün müəyyən texniki avadanlıq və təlimlərlə təmin ediləcək” – deyə o bildirib.

Xatırladaq ki, AFAQ layihəsi FAO və ilə Azərbaycan hökuməti arasında imzalanmış Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunur. Proqramın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində dolanışıq səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verməkdir.

Leyla Məmmədovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0