Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir rusiyalı iş adamlarını Azərbaycan iqtisadiyyatına pul qoymağa çağırdı

© Sputnik / Murad OrujovМинистр экономики Микаил Джаббаров
Министр экономики Микаил Джаббаров - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, rusiyalı tərəfdaşlar daşımaçılıqla bağlı təkliflər hazırlamalı və təqdim etməlidirlər
Mikayıl Cabbarov: “Azərbaycan xarici investisiyalar üçün “açıq qapı” siyasəti həyata keçirir”

“Azərbaycan Rusiyanın Rostov vilayəti ilə iqtisadi münasibətləri genişləndirir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən, Azərbaycan və Rusiyanın Rostov vilayəti arasında iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlığın inkişafına həsr edilmiş biznes-forumda bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycanda yol-nəqliyyat infrastrukturuna yatırılan investisiyalar hesabına avtomobil daşımaları sahəsində potensialın artması Rusiyadan Azərbaycan ərazisi ilə nəql olunan yüklərin həcminin artmasına səbəb olub:

“Rostov vilayəti böyük həcmdə məhsul istehsalçısı kimi Azərbaycan üçün böyük maraq kəsb edir. Düşünürəm ki, nəqliyyat sahəsində fəaliyyət göstərən rusiyalı tərəfdaşlar daşımaçılıqla bağlı təkliflər hazırlamalı və təqdim etməlidirlər. Bu təkliflər qiymət və müddətlə bağlı ola bilər. Rostovdan olan iş adamlarını iqtisadiyyata pul qoymağa çağırırıq. Azərbaycan xarici investisiyalar üçün “açıq qapı” siyasəti həyata keçirir”.

Mikayıl Cabbarovunn fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0