Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor banklarda kapitallaşmanın artma səbəblərini izah edir

© Photo : UNECUNEC-in professoru Elnur Sadıqov
UNEC-in professoru Elnur Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, Azərbaycanın kommersiya banklarına əlavə pul vəsaitləri cəlb etməyə ehtiyyac olmayacaq
Elnur Sadıqov: “Kapitallaşma maliyyə şəbəkəsinin də genişlənməsinə səbəb olacaq”

Mərkəzi Bankın məlumatına görə, 2019-cu ildə Azərbaycanın bank sektorunun kapitallaşması 4,58 milyard manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 511.2 milyon manat və ya 12.5 faiz çoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda kapitallaşma səviyyəsi 50 milyon manata çatdırılıb:

“Bu onu göstərir ki, kapitallaşma prosesi əlavə kapital ehtiyatının yaranmasına gətirib çıxarır. Kapitallaşma səviyyəsinin artması finans şəbəkəsinin də genişlənməsinə səbəb olacaq. Əhalinin sərbəst pul vəsaitlərinin də banklarda yerləşdirilməsi prosesə təsir edəcək. Bu onu göstərir ki, Azərbaycanın kommersiya banklarına əlavə pul vəsaitləri cəlb etməyə ehtiyyac olmayacaq”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0