Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Zaur Əliyev: "Sığorta sisteminə insanların öyrəşməsi üçün vaxt lazımdır"

CC BY-SA 4.0 / Head of Mandatory Health Insurance / Zaurİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev  - Sputnik Azərbaycan
Abunə olmaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyir ki, mövcud sistemin tez bir zamanda dəyişməsi və insaların ona öyrəşməsi üçün vaxt lazımdır
Zaur Əliyev: “Bəzi regionlarda həkim çatışmazlığı var”

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Sığortaolunanın Tibbi Kabineti” adlı yeni elektron xidməti “myGov” portalına inteqrasiya olunub”. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə fevralın 20-də keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.

Z.Əliyev bildirib ki, vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri “MyGov” portalından sözügedən tibbi kabinetə daxil olaraq izləyə biləcəklər: “Bu, çox geniş sosial layihədir. Mövcud sistemin tez bir zamanda dəyişməsi və insanların ona öyrəşməsi üçün vaxt lazımdır. Əhalinin səhiyyə sistemindən gözləntilərinin bir il ərzində qarşılanması mümkün deyil. Bunun üçün müəyyən vaxt tələb olunur və bu proses mərhələlərlə öz həllini tapacaq. Problemlərimizin olduğu doğrudur. Bəzi yerlərdə tibb müəssisələrinin vəziyyəti yaxşı deyil, regionlarda həkim çatışmazlığı var. Bütün bunların həll edilməsi üçün zaman lazımdır”.

Zaur Əliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0