03:47 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Ekspert Koronavirusun iqtisadi təsirləri barədə: idxal olunan malların sayı azalır

RADİO
Qısa URL
25 0 0

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Çində istehsal edilən və Azərbaycanda istehlak edilən malların çatışmazlığı müşahidə olacaq

Çində yayılan koronavirusun Asiya ölkələrinin iqtisadiyyatına müəyyən mənfi təsirləri görünür. Lakin bu virusun Azərbaycan iqtisadiyyatına hər hansı narahatlıq yaratması üçün əsas yoxdur. Bu sözləri jurnalistlərə müsahibəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov söyləyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bütün ölkələr, o cümlədən Azərbaycan da koronavirusa görə Çinlə karantin rejiminə keçib:

“Çin bütün dünya üçün əmtəə bazasıdır. Virusun yayılmasına görə Azərbaycan da Çinlə olan əmttə idxalında dəyişikliklər həyata keçirir. Bu dəyişikliklər səbəbindən idxal olunan malların sayı azalır. Doğrudur bu azalmalar yaxın iki ay ərzində özünü büruzə verməyəcək. Çünki Çindən idxal olunan məhsulların yolda iki aylıq logistika dövrü var. Bu müddətdən sonra Çində istehsal edilən və Azərbaycanda istehlak edilən malların çatışmazlığı müşahidə olacaq. Virus iqtisadi münasibətlərimizin dövriyyəsinə mənfi təsir göstərəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular