Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Professor infeksion xəstəliklər haqqında: görülən işləri yetərli saymıram

© Photo : Facebook / Adil QeybullaAdil Qeybulla, həkim
Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Abunə olmaq
Professor, həkim Adil Qeybulla deyir ki, belə xəstəliklərlə mübarizədə vaksinasiya tədbirlərinin önəmi qeyd edilməlidir
Adil Qeybulla: “Bir çox infeksion xəstəliklərə uşaqlar arasında təsadüf edilmir”

“İnfeksion xəstəliklərlə mübarizə Ümumdünya Səhiyyə Təşkilatının proqramı çərçivəsində həyata keçirilir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında professor, həkim Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bu səbəbdən də Azərbaycanda bir çox infeksion xəstəliklərə uşaqlar arasında təsadüf edilmir: “Yuxarı tənəffüs yollarının iltihabı və soyuqdəymə nəticəsində yaranan xəstəliklər isə hər il peyda olur. Bu il koronavirusun təhlükəli bir növü peyda olub. Bu virusla bağlı ölkəmizdə görülən işləri yetərli saymıram. Görülən işlər barədə cəmiyyətə ətraflı məlumat verilmədi. Belə xəstəliklərlə mübarizədə vaksinasiya tədbirlərinin önəmini qeyd etməliyəm”.

Qeyd edək ki, bir müddət öncə  Azərbaycanın Səhiyyə Nazirliyi Çində yayılmış koronavirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə əlaqədar əhaliyə xəbərdarlıq etmişdi. Xəbərdarlıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və nazirlik beynəlxalq səfərlər və ticarət əlaqələri zamanı vətəndaşları diqqətli olmağa çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarını ölümcül virusla bağlı xəbərdar edib.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0