Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Koronavirus Azərbaycan iqtisadiyyatına necə təsir edəcək – ekspert şərhi

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Azərbaycan Çinlə olan ticarət dövriyyəsində müəyyən dəyişiklilər həyata keçirəcək
Fuad İbrahimov: “Ticarət dövriyyəsinin aşağı düşməsi proqnozlaşdırılır”

“Koronavirusa görə, tək Azərbaycan deyil, bütün ölkələr Çinlə karantin rejiminə keçib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.

Ekspert bildirib ki, Çin bütün dünya üçün əmtəə bazasıdır: “Bu virusa görə Azərbaycan da Çinlə olan ticarət dövriyyəsində müəyyən dəyişiklilər həyata keçirəcək. Hazırkı zamanda Çindən idxal olunan məhsulların həcmi azalacaq. Yaxın iki ay ərzində bu bazarda özünü büruzə verməyəcək. Sonradan isə məhsulların çatışmazlığı hiss ediləcək. Bu da iqtisadi dövriyyəmizə mənfi təsir göstərəcək. Bu baxımdan ticarət dövriyyəsinin aşağı düşməsi proqnozlaşdırılır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0