Temperatur kəskin dəyişir – Nazirlik rəsmisi proqnozları açıqladı

© © AZƏRTACETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Fərqanə Həsənova
ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Fərqanə Həsənova - Sputnik Azərbaycan
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Proqnozlar bürosunun şöbə rəisi Fərqanə Həsənova deyir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək
Fərqanə Həsənova: “Yolların buz bağlayacağı ehtimal edilir”

“Yanvarın 23-dən Bakıda və Abşeron yarımadasında əsən güclü cənub-qərb küləyi yanvarın 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Proqnozlar bürosunun şöbə rəisi Fərqanə Həsənova deyib.

Onun sözlərinə görə,  Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq:

“Rayonlarda da yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin kəskin dəyişəcəyi, sulu qar və qar yağacağı ehtimal edilir. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı da var.

Fərqanə Həsənovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0