Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hərbi ekspert müdafiə nazirlərinin görüşü barədə: böyük perspektivlər vəd edir

Abunə olmaq
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, iki ölkə arasında əlaqələrin inkişafı tərəflərin hər biri üçün böyük perspektivlər vəd edir
Üzeyir Cəfərov: “Azərbaycan Gürcüstanla əməkdaşlığını gücləndirməkdə davam edəcək”

“Gürcüstan və Azərbaycan arasında qardaşlıq münasibətləri bölgədə sabitliyi təmin edir”. Bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a deyir ki, Gürcüstan Azərbaycan üçün hər zaman önəmli ölkələrdən biri olub:

“Hər iki tərəf verdiyi bəyanatlarda da bunu bir daha ifadə etdi. İki ölkə arasında əlaqələrin inkişafı tərəflərin hər biri üçün böyük perspektivlər vəd edir. İkitərəfli və üçtərəfli hərbi texniki əməkdaşlıq gələcəkdə daha böyük hərbi tərəfdaşlığın yaranmasına gətirib çıxaracaq. Azərbaycan bundan sonra da Gürcüstanla hərbi əməkdaşlığını gücləndirməkdə davam edəcək”.

Üzeyir Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0