SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Liviya böhranının hansı nəticələri ola bilər – politoloq şərhi

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, yaxın vaxtlarda BMT-nin münaqişənin həlli üçün səylərini artıracaq
İlqar Vəlizadə: “Liviyadakı vəziyyət beynəxalq konfliktə çevrilə bilər”

BMT Təhlükəsizlik Şurası bütün ölkələri Liviyadakı münaqişəyə müdaxilə etməməyə və ölkə üzrə tətbiq edilən silah embarqosunu pozmamağa çağırıb. Bu barədə BMT Təhlükəsizlik Şurası ölkələrinin birgə bəyanatında deyilir.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Milli Barışıq Hökuməti məsələləri öz gücü ilə həll etməyə çalışırdı: “Türkiyə hərbçilərinin isə Liviyaya gəlməsi gözlənilən idi. Türkiyə qoşunları Liviyada koordinator rolunu oynayacaq. Onların birbaşa əməliyyatlarda iştirak edəcəyini düşünmürəm. Çünki indiyə qədər Liviyada olan Türkiyə hərbçiləri yerli əsgərlərə təlimlər keçiblər. Münaqişə isə getdikcə qızışır və beynəxalq konfliktə çevrilə bilər.Yaxın vaxtlarda BMT-nin münaqişənin həlli üçün səylərini artıracağını düşünürəm”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0