02:42 24 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Şeyxülislam: “Qərb dünyası antihumanist münasibət ilə bəşəri fəlakətlərə yol açır”

RADİO
Qısa URL
10801

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyir ki, beynəlxalq hüquq normalarına rəğmən Azərbaycana qarşı tarixi ədalətsizlik bu günə qədər davam etməkdədir

“Rabitə sahəsində müasir texnologiyalar, sosial şəbəkələr, kütləvi informasiya vasitələri nifrət çağırışlarını dünyada genişmiqyaslı sistemə çevirir”. Bunu Dünya dini liderlərinin II Bakı Sammitinin açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib ki, qlobal miqyasda nifrət çağırışları İraqda, Suriyada, Fələstində, Əfqanıstanda və digər ölkələrdə sabitliyi pozub, hərbi və soyqırımı cinayətlərinə rəvac verib: “Nifrətin ideoloji təsirləri altında Qərb dünyası miqrant problemlərinə antihumanist münasibət ilə bəşəri fəlakətlərə, bəlkə də cinayətlərə yol açır. Məhz belə nifrət çağırışları sayəsində Azərbaycanın Dağlıq Qarabağ vilayəti Ermənistan tərəfindən hərbi təcavüzə və genosidə məruz qalıb, 20 faiz torpaqlarımız işğal olunub, milyonlarla insan əzəli torpaqlarından qaçqın düşüb, dini və mədəni abidələrimiz vəhşicəsinə dağıdılıb. Əfsuslar olsun ki, beynəlxalq hüquq normalarına rəğmən bu tarixi ədalətsizlik bu günə qədər davam etməkdədir”.

Qeyd edək ki, noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb. Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Şeyxülislam Allahşükür Paşazadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular