04:46 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov

Professor gələn ilin büdcəsi barədə: xərclər seqmentinin genişlənməsi davam edəcək

RADİO
Qısa URL
181 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, ölkə iqtisadiyyatının potensialını nəzərə aldıqda artım üçün hələ də böyük imkanlar mövcuddur

“2020-ci ilin dövlət büdcəsi əhalinin sosial rifahının yüksəlməsinə, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin güclənməsinə, iqtisadiyyata investisiya qoyuluşunun daha da artmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, dövlət borcu üzrə öhdəliklərin icrasına möhkəm maliyyə əsasları yaradır”. Bunu  parlamentdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, yaxın müddətli perspektivdə büdcənin xərclər seqmentinin genişlənməsi davam edəcək:

“Gələn ilin büdcəsi müstəqillik tariximizdə xərclərin həcminə görə misilsizdir. Digər tərəfdən ölkə iqtisadiyyatının potensialını nəzərə aldıqda artım üçün hələ də böyük imkanlar mövcuddur. İnvestisiyaların artımına nail olmaq üçün bank kreditləşməsinin intensivliyini reallaşdırmalıyıq. O cümlədən, gələn ilin dövlət büdcəsinin sosial yönümlü olması da anlaşılandır”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular