08:56 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Diaqnostik qiymətləndirmə aparılması təhsilə nə qazandıracaq – ekspert danışır

RADİO
Qısa URL
87 0 0

Təhsil eksperti Kamran Əsədov deyir ki, diaqnostik qiymətləndirmə təhsilin keyfiyyətinə təsir göstərən zəruri prosedurlardan biridir

Kamran Əsədov: “Diaqnostik qiymətləndirmədə yanaşmanın tətbiqinə ehtiyac var”

Təhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə əmr imzalayıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, bütün sahələrdə çalışanların müəyyən zamandan sonra bilik və bacarıqlarının yoxlanılması zəruridir:

“Təhsil Nazirliyinin ən böyük inqilabi islahatlarından biri 2014-cü ildən başlayaraq orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin biliklərini yoxlamasıdır. Diaqnostik qiymətləndirmə təhsilin keyfiyyətinə təsir göstərən zəruri prosedurlarlardan biridir. Bu qiymətləndirmə insanların bilik və bacarıqlarının artırılmasına yönəlmiş uğurlu addımdır. Burada yeni yanaşmanın tətbiqinə də ehtiyac var”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular