CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil eksperti magistratura təhsilinin əmək bazarındakı önəmini şərh edir

© Sputnik / Murad OrujovEtibar Əliyev
Etibar Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Etibar Əliyev deyir ki, magistrlar təkcə hər hansı sahə üzrə formalaşmırlar, həmçinin elmi tədqiqatlarla məşğul olurlar
Etibar Əliyev: “Əmək bazarında magistratura pilləsini bitirmiş şəxslərə üstünlük verilməlidir”

“Hazırda Təhsil Nazirliyi bakalavr və magistr səviyyələrində uyğun olan ixtisasların genişləndirilməsi istiqamətində iş aparır”. Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Təhsil eksperti Etibar Əliyev Sputnik Azərbaycan-a deyir ki, magistratura pilləsini bitirmiş şəxslərə əmək bazarında tələbat daha böyükdür:

“Dünyada əmək bazarının tələbatı daha çox magistrlara olur. Çünki onlar təkcə hər hansı sahə üzrə formalaşmırlar, həmçinin elmi tədqiqatlarla məşğul olurlar. Bu da insan kapitalının inkişafına səbəb olur. Bu gün magistratura təhsilinin genişlənməsi və gənclərin cəlb olunması vacib məsələdir. Düşünürəm ki, indiki şəraitdə əmək bazarında magistratura pilləsini bitirmiş şəxslərə daha çox üstünlük verilməlidir. Təəssüfləndirici haldır ki, magistr təhsili alanlar bakalavr mərhələsini bitirənlərin kiçik bir hissəsini təşkil edir. Artıq bir çox ölkələrdə orta məktəb müəllimlərinin magistr təhsilinə yiyələnməsi gündəmə gətirilir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0