SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran Yaponiya və Fransanın şərtlərini qəbul edəcəkmi – politoloq şərh edir

Abunə olmaq
Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, hazırda İranın siyasi təcridi prosesinə start verilib
Vüqar Zifəroğlu: “İran gec-tez güzəştə getməyə məcbur qalacaq”

Yaponiya və Fransa İrana neftlə təminat qarşılığında 18,42 milyard dollar kredit verilməsinə dair birgə plan təklif edib. Kredit İranın yenidən Hərtərəfli Birgə Fəaliyyət Planının şərtlərinə əməl etməyə razılaşacağı təqdirdə ayrılacaq.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyir ki, İranda proseslərin bu istiqamətdə davam edəcəyi gözlənilən idi: “ABŞ-ın İrana qarşı sanksiyaları və müxtəlif istiqamətlərdə təzyiqlərinin güclənməsi bu baş verənlərin müjdəçisi idi. Qərb bir neçə istiqamətdən İrana hücum edir. ABŞ-ın iqtisadi gücü Qərbi Avropa şirkətlərini İranı tərk etməyə məcbur elədi. Hazırda İranın siyasi təcridi prosesinə start verilib. Qərb İranı bütün istiqamətlər üzrə sıxmağa çalışır. Faktiki olaraq ağır və zəif vəziyyətə düşən İrandır. İran gec-tez güzəştə getməyə məcbur qalacaq”.

Xatırladaq ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın  İranla ticari əlaqələri davam etdirəcəyi barədə vədlərini yerinə yetirmədiyini bəyan edərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi yerinə yetirməyəcəyini bəyan edib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0