11:58 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
© Sputnik / Murad Orujov

Nazir saxta əlilliyə qarşı aparılan mübarizədən danışdı: ciddi tədbirlər görülüb

RADİO
Qısa URL
82 0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyir ki, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə işçi qrupu bu il 2500-dən artıq yanlış, saxta əlillik almış şəxsi müəyyən edib

“Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir. Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində əlillik dərəcəsi almaq istəyənlər, orta və yuxarı yaş kateqoriyasında olan şəxslər də var”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, saxta əlillik dərəcəsi almağa cəhd edənlər arasında 18 yaşına çatmayan vətəndaşlar çoxluq təşkil edir:

“Bu, daha çox oğlanların əsgərlikdən yayınmasına olan cəhdlərdir. Orta və yuxarı yaş kateqoriyasında olanlar isə daha tez pensiyaya çıxmaq üçün bu yola əl atırlar. Çünki əlilliyi olan şəxslər üçün pensiyaya çıxma tələbləri daha asandır. Bu kimi halların qarşısını almaq üçün monitorinqlər davam edir. Əsasən, risk kriteriyaları üzrə orta və yuxarı yaşda olan şəxslərdə əlilliyə görə yüksək pensiya alanlar çərçivəsində saxtakarlıqlar daha tez aşkar edilir. Ümumilikdə, monitorinqlər bütün istiqamətləri əhatə edəcək və daimi elektron monitorinqə çevriləcək. Avtomotlaşmanın ən böyük önəmi də bunun üçün lazımdır ki, ölkə üzrə aylıq əsasda dövlətdən vəsait alan 2 milyon 800 min insanın hər birinin məlumatı elektronlaşdırılaraq vahid portala yerləşdiriləcək. Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə işçi qrupu bu il 2500-dən artıq yanlış, saxta əlillik almış şəxsi müəyyən edib. Onlarla bağlı ciddi tədbir görülüb və dövlət büdcəsinə illik 13 milyondan artıq qənaət edilib”.

Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əlaqədar

Bakıda saxta ipoteka sənədi hazırlayan banda tutuldu - FOTO
Saxta yardım və əlillik düzəldənləri hansı cəza gözləyir? - Nazirlik açıqladı
Dövləti aldadanlar: pulu alan kimi müqavilə ləğv edilib

Əsas mövzular