11:19 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq Azərbaycanın Aİ ilə imzalayacağı sazişi şərh edir

RADİO
Qısa URL
89 0 0

Politoloq Arzu Nağıyev deyir ki, Avropa ölkələri Azərbaycanın necə strateji əhəmiyyət daşıdığını yaxşı başa düşür

Arzu Nağıyev: “Azərbaycan üçün bu saziş xüsusi əhəmiyyət daşıyır”

Oktyabrın 11-də Azərbaycana Avropa İttifaqının (Aİ) yüksək səviyyəli nümayəndə heyəti gələcək. Aİ-nin Bakı nümayəndəliyi xəbər verir ki, Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktorluğunun regional proqramlar bölməsinin rəhbəri Vasilis Maraqosun başçılığı ilə nümayəndə heyəti Bakıda "Şərq Tərəfdaşlığı" proqramının gələcəyinə dair struktur məsləhətləşmələrində iştirak edəcək.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan artıq dünyəvi sistemi seçmiş və avrointeqrasiyanı prioritet istiqamət kimi müəyyənləşdirmiş dövlətdir: "İmzalanacaq saziş hər iki tərəf üçün əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən dövlətlərdən biridir. Buna görə də Avropa ölkələri Azərbaycanın necə strateji əhəmiyyət daşıdığını yaxşı başa düşür. Eyni zamanda avrointeqrasiya xəttini götürmüş, böyük enerji layihələrinin müəllifi olan Azərbaycan üçün də bu saziş xüsusi əhəmiyyət daşıyır. Sazişin imzalanması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir".

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular