SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yaxın Şərqdə yeni müharibə başlayacaqmı - politoloq şərhi

Abunə olmaq
Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, həm ABŞ-da, həm də İranda ABŞ-İran münasibətlərinin gərgin olmasında maraqlı olan qüvvələr var
Vüqar Zifəroğlu: “Hücumun arxasında İranın durması faktdır”

ABŞ Prezidenti Donald Tramp administrasiyası, Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft emalı zavodlarına edilən hücuma cavab olaraq İranın neft obyektlərinə və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (IRIS) obyektlərinə kiberhücum etməyi, yaxud zərbə endirməyi nəzərdən keçirir. Bu barədə müzakirədən xəbərdar olan mənbələrə istinadən “NBC News” məlumat yayıb.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyir ki, Səudiyyə Ərəbistanının zavodlarına hücumun indiki zamanda təşkil olunması bir çox suallar doğurur: “Həm ABŞ-da, həm də İranda ABŞ-İran münasibətlərinin gərgin olmasında maraqlı qüvvələr var. Hücumun təşkil edildiyi zaman da diqqət çəkir. Ankarada Suriya məsələsi ilə bağlı zirvə toplantısı keçirilir, önəmli açıqlamalar verilir və bu ərəfədə hücum baş tutur. Bu özü çox maraqlı məsələdir. Hücumun arxasında İran və ya İrana bağlı olan dairlərin durması faktdır.  Bunun İrana qarşı tələ olduğunu iddia etmək olmaz”.

Qeyd edək ki, Sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco"nun müəssisələri pilotsuz uçan aparatların hücumuna məruz qalıb. Hücum, xüsusilə, ölkənin şərqində yerləşən dünyanın ən böyük neft emalı kompleksinə edilib. Bu, Səudiyyə Ərəbistanında neft hasilatının yarıya - gündə 5.7 milyon barel azalmasına səbəb olub.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0