23:51 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Məlahət Mürşüdlü
© Sputnik / Murad Orujov

Ekspert: “Şagirdlərin məktəbdə qidalanmasına valideynlər nəzarət etməlidir”

RADİO
Qısa URL
94 0 0

Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, uşaqlar arasında maarifləndirmə işləri aparılmalıdır: “Bu məsələdə cəmiyyətin və valideynlərin təpkisi və nəzarəti olmalıdır"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Təhsil Nazirliyi ilə birlikdə bütün ümumtəhsil müəssisələrində qidalanma məsələlərinə birgə nəzarət ediləcək. Səhiyyə Nazirliyi uşaq bağçaları və məktəblərdə uşaqlar üçün olan qida rasionunun hazırlanması ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim edib.

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, inzibati yollarla bu məsələni tənzimləmək olmaz:  

“Bu məsələdə cəmiyyətin və valideynlərin təpkisi və nəzarəti olmalıdır. Uşaqlar arasında maarifləndirmə işləri aparılmalıdır. Valideynlər məktəbdə təlim-tərbiyə işinin təşkilində və idarə edilməsində məktəbin ən güclü və vacib tərəfdaşlarından biridir. Pedaqoji şuraların, valideyn komitələrinin qərarları ilə energetik içkilərin məktəbə yol açmasının qarşısını almaq olar”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular