Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yeni mövsümdə Azdramada nələr olacaq - Cavid Zeynallı danışır

© Photo : © Courtesy of Cavid ZeynallıAzərbaycan Dövlət Dram teatırının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı
Azərbaycan Dövlət Dram teatırının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı - Sputnik Azərbaycan
Abunə olmaq
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyir ki, teatr ənənəsinə sadiq qalaraq yeni mövsümə “Qarabağnamə” tamaşası ilə başlayacaq
Cavid Zeynallı: “Azdramanın təntənəli yubiley tədbiri təşkil olunacaq”

“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümü sentyabrın 20-də “Qarabağnamə” tamaşası ilə açacaq”. Bunu teatrın yeni mövsüm planları haqqında Sputnik Azərbaycan-a danışarkən Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.

“Yeni mövsümdə müxtəlif tamaşalar nümayiş olunacaq. O cümlədən, Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək. Bu, sentyabrın sonu və yaxud da oktyabrın əvvəlinə planlaşdırılır. Bundan başqa, ölkə başçısının imzaladığı Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən, təntənəli yubiley tədbiri təşkil olunacaq. Bununla bağlı hazırlıq işlərinə artıq başlanılıb”, - deyə Cavid Zeynallı bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Cavid Zeynallının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0