12:35 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

G7-nin hədəfindəki İran - politoloq sammitdən gözləntilərini açıqladı

RADİO
Qısa URL
259 0 0

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, bölgədəki bütün hadisələrin düyün nöqtəsi İrandadır

Sədrəddin Soltan: “Rusiyanın sammitdə iştirakı vacibdir”

“Fransa prezidenti Emmanuel Makron G7 nümayəndə heyətləri başçılarının sammiti ərəfəsində İranın dövlət rəsmilərilə görüşəcək”. Bu barədə prezident Makron açıqlamasında deyib.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, G7 sammitinə Rusiyanın dəvət olunması İran və Yaxın Şərq məsələsinin müzakirə olunacağını göstərir: “Hadisələrin gedişatı göstərir ki, İran məsələsi gündəliyi daha çox əhatə etməyə başlayır. Bölgədəki bütün hadisələrin düyün nöqtəsi İrandadır. Sammitin əsas müzakirə mövzusunun İran və Suriya məsələsi olacağını düşünürəm. Bu baxımdan Rusiyanın sammitdə iştirakı vacibdir”.

Qeyd edək ki, 45-ci G7 sammiti Fransanın ev sahibliyində 24-26 avqust tarixlərində Biarritz şəhərində keçiriləcək.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular