02:27 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
© Sputnik / Murad Orujov

“Brexit”in baş tutması nələrə səbəb olacaq - politoloq şərhi

RADİO
Qısa URL
88 0 0

Politoloq Fikrət Sadıxov deyir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının müsbət və mənfi tərəfləri var

Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından çıxması ilə bağlı ciddi hazırlığa başlayır. Bu barədə “Sunday Times” qəzetində dərc olunmuş məqaləsində Lankaster hersoqluğunun kansleri (de-fakto xüsusi tapşırıqlar üzrə nazir) Maykl Qouv bildirib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Boris Consonun hakimiyyətə gəlməsi “Brexit”in tezləşməsinə səbəb olacaq: “Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının müsbət və mənfi tərəfləri var. Britaniya bundan sonra müəyyən problemlərlə üzləşə bilər. Amma bu referendumun nəticəsi olduğuna görə, yerinə yetirilməlidir və məsələ bitmiş hesab olunmalıdır. B.Conson sərt yolun tərəfdarıdır və mütləq buna əməl olunacaq. Avropa İttifaqı və Böyük Britaniya münasibətləri artıq həll olunub”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular